Dünya

İranın “qisas əməliyyatı”: Məşhur biznesmen qətlə yetirildi – VİDEO

Sharing is caring!


İran İslam İnqilabının Keşikçiləri Korpusu, yəni SEPAH ötən gecə İraq və Suriyadakı hədəflərə raket zərbələri endirib və bununla bağlı qısa fasilələrlə üç bəyanat yayıb.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilib.

Təqribən gecəyarısı yayılan ilk bəyanatda deyilir: “Müsəlman İranın şərəfli və qəhrəman millətinə bildiririk ki, İranın düşmənlərinin son terror cinayətlərinə cavab olaraq regionun müəyyən bölgələrində yerləşən anti-İran casusluq yuvaları və terrorçu qruplaşmaların toplaşma məkanları ötən gecə SEPAH-ın ballistik raketləri ilə hədəfə alınıb və məhv edilib. Bu əməliyyatın təfsilatı barədə daha sonra məlumat veriləcək”.

Bunun ardınca yayılan ikinci bəyanatda raket hücumlarının bir müddət əvvəl İran hakimiyyətinin ali dini rəhbər Əli Xamenei səviyyəsində vəd etdiyi qisas əməliyyatı olduğu daha açıq şəkildə ifadə olunub.

“İslam İnqilabının Keşikçiləri Korpusu terrorçu qruplaşmaların Kerman və Rask şəhərlərində əziz həmvətənlərimizdən bir qisminin məzlumcasına öldürülməsi ilə nəticələnən son cinayətlərinə cavab olaraq həmin terror əməliyyatlarını həyata keçirən qrupların, xüsusən İŞİD-in komandirləri və əsas qüvvələrinin işğal olunmuş Suriya ərazisindəki yerləşmə məkanlarını müəyyənləşdirərək bir neçə ballistik raket zərbəsi ilə onları məhv edib”, – deyə bəyanatda qeyd edilib.

Burada ötən il dekabrın 15-də İranın Sistan və Bəlucistan əyalətində yerləşən Rask şəhərindəki polis bölməsinə silahlı hücuma və bu il yanvarın 3-də Kerman şəhərində general Qasım Süleymaninin ölümünün ildönümü mərasimində çoxsaylı insan itkilərinə səbəb olan bomba partlayışlarına işarə olunub və beləliklə, əməliyyatın həmin hadisələrdə həlak olanların intiqamını almaq məqsədilə həyata keçirildiyi vurğulanıb. Lakin dünənki əməliyyatda təkcə Suriyaya deyil, İraq ərazisinə də raketlər atılıb və bu barədə SEPAH üçüncü bəyanatında məlumat verilib.

“İslam İnqilabının Keşikçiləri Korpusu İsrailin son dövrdə SEPAH və “Müqavimət” cəbhəsi komandirlərini öldürməsinə cavab olaraq onun regiondakı fəaliyyəti barədə məlumat toplayıb ballisik raketlərlə zərbə endirməklə Mossadın İraq Kürdüstanı bölgəsində yerləşən başlıca casusluq qərargahlarından birini məhv edib”, – deyə bəyanatda bildirilib.

“Lakin hücumun real nəticələri barədə gecədən bəri yayılan məlumatlar tamamilə fərqli mənzərəni ortaya qoyur. Belə ki, İraq Kürdüstanı bölgəsində hansısa casusluq məkanının vurulub-vurulmadığı bəlli deyil. Dəqiq olan budur ki, SEPAH-ın Ərbilə atdığı raketlər mülki əhali arasında ölüm və yaralanmalara səbəb olub. O cümlədən məşhur biznesmen Pişrəf Dizai yaşadığı evə dəyən raket zərbəsi nəticəsində həlak olub”, – deyə “Azad İran” “YouTube” kanalının materialında vurğulanıb.

Daha ətraflı videosüjetdə:  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir