Dünya

Trampdan çıxışına müdaxilə edən ekofəallara maraqlı cavab – VİDEO

Sharing is caring!


Donald Tramp Ayova ştatının İndianola şəhərində çıxışını pozmağa çalışan ekofəallara zarafatla cavab verib. Hadisə yerindən görüntülər internetdə yayımlanıb.

Fəallar Trampın tərəfdarları ilə danışmasına mane olmağa çalışıblar. Onlar sabiq prezidentə qarşı şüarlar səsləndiriblər və üzərində “Tramp iqlim cinayətkarıdır” yazılmış pankart nümayiş etdiriblər.

“Təşəkkür edirəm, əzizim. Evə get, ananın yanına. Anan səni gözləyir”, – deyə Tramp etirazçılardan birinə cavab verib.

O, ekofəalların hələ gənc və yetişməmiş insanlar olduğunu da vurğulayıb. Etirazçılar zaldan çıxarıldıqdan sonra keçmiş ABŞ lideri çıxışına davam edib.

Mənbə: ren.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir