Dünya

“Antalyaspor”un israilli futbolçusu saxlanıldı – FOTO

Sharing is caring!


Türkiyənin “Antalyaspor” futbol klubunun israilli futbolçusu Saqiv Jehezkel saxlanılıb.

“Antalyaspor”-“Trabzonspor” matçında qol vurduqdan sonra etdiyi əl hərəkətinə görə heyətdən kənarlaşdırılan futbolçu nəzarətə götürülüb.

Superliqanın 20-ci həftəsində komandasının qolunu vuran 28 yaşlı cinah oyunçusu qol sevincini qeyd edərkən qolundakı sarğıda olan yazıları ekranlara göstərib. Yazıda İsrail-Fələstin qarşıdurmasının başlanma tarixi olan “7 oktyabr, 100-cü gün” və İsrail bayrağını simvolizə edən işarələr olub.

İstintaq çərçivəsində israilli futbolçuya qarşı “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək” maddəsi üzrə ittiham qaldırılıb.

“Antalyaspor” klubunun sədr müavini və mətbuat katibi Evren Alkan Saqiv Jehezkelin onlardan xəbərsiz belə bir hərəkət etdiyini və heyətdən kənarlaşdırılmaqla yanaşı müqaviləsinin də ən qısa zamanda ləğv ediləcəyini bildirib. 

Türkiyə Futbol Federasiyası da futbolçunu qınayıb və heyətdən kənarlaşdırmasını məqsədəuyğun hesab etdiyini nəzərə çatdırıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir