Dünya

Alen Delonun övladları aktyoru öldürməyə cəhddə ittiham olunublar – FOTO

Sharing is caring!


Fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar.

Bununla bağlı özünü fransız kino ulduzunun keçmiş yoldaşı adlandıran Hiromi Rollin prokurorluğa açıqlama verib.

Rollinin dediyinə görə, o, Delonla birlikdə yaşadığı zaman İsveçrə həkimlərinin müşahidəsi sayəsində aktyorun vəziyyəti stabil olub. Qadın prokurorluğa ünvanlandığı məktubda qeyd edib ki,  o, sənətçinin evini tərk etmək məcburiyyətində qaldıqdan sonra aktyor həkimlə planlaşdırılan bir neçə görüşü buraxıb.

Rollin Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda günahlandırıb. Sübut kimi o, Delon qardaşları ilə onların bacısı Anuşka arasında yazışmaları da göstərib. Bu yazışmalarda aktyorun oğlu Entoni atasının kimyaterapiyasını dayandırmağı təklif edib, belə müalicənin yalnız qaçılmaz olan ölümün yaxınlaşmasını sürətləndirdiyini düşünərək, onun əvəzinə şirəçəkən alıb ona şirələr verməyi təklif edib. Rollinin vəkili onun adından yazdığı məktubda, Delonun uşaqlarının bu cür hərəkətlərinin qətlə cəhd kimi qiymətləndirilə biləcəyini qeyd edib.

Mənbə: “Le Figaro” qəzeti (Fransa)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir