Dünya

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi qlobal təhlükəsizlik sistemini inkişaf etdirəcək” – RƏY

Sharing is caring!


“Düşünürəm ki, fevral və ya martın əvvəllərində biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”.

Bunu “Report”a gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib.

“Sülh müqaviləsinin imzalanması prosesində ciddi irəlləyişlər var. Bu müqavilə nəinki regionun təhlükəsizliyi üçün vacibdir, eləcə də qlobal təhlükəsizlik sistemini inkişaf etdirəcək”, – V.Maysaya bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan yeni ağlllı güc tətbiqini nümayiş etdirir:

“Burada həm ağıl, həm də lazım gəldikdə güc tətbiq olunur. Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında rolu çox böyükdür”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir