Dünya

ABŞ İrana xüsusi mesaj göndərib

Sharing is caring!


ABŞ Yəmən husilərinin hücumları ilə bağlı İrana xüsusi mesaj göndərib.

Bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Biz bu mesajı xüsusi olaraq çatdırdıq və əminik ki, onlar hərtərəfli hazırlanıblar” – deyə o bildirib.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bəyan ediblər.

Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” (Rifahı Mühafizə) əməliyyatına başlayıblar.

Daha sonra ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə aviazərbələr endirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir