Dünya

“Zaqreb Open”: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Sharing is caring!


Bu gün Azərbaycanın daha üç güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində mübarizəyə qoşulacaq.

Oxu.Az-ın məlumatına görə, yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq), qadınlardan isə Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, daha əvvəl bu növdə Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, Alyona Kolesnik (59 kq) də bürünc mükafata sahib çıxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir