Dünya

İspaniya Premyer Liqası: “Sevilya” qələbəni unudub – VİDEO

Sharing is caring!


Bu gün İspaniya La Liqasında XX tura start verilib.

Komandalar Sevilyadakı (İspaniya) “Ramon Sançes Pisxuan” stadionunda üz-üzə gəlib. Matçı Alexandro Hernandesin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. 

Oyun “Alaves”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Sevilya” azarkeşləri önündə “Alaves”ə məğlub olub.

İlk hissədə qonaqların qollarını Nauel Tenagliya və Kike vurub. İkinci hissədə meydan sahibləri Rafael Mir və Lukas Okamposun (penaltidən) dəqiq zərbələri ilə cavab veriblər. 90-cı dəqiqədə Ruben Duarte “Alaves”ə 3 xal qazandırıb.

Qeyd etmək lazımdır ki, çempionatın ilk turunda “Alaves” doğma meydanda “Sevilya” üzərində 4:3 hesabı ilə qələbə qazanmışdı.

Bugünkü oyun günündən sonra “Alaves” 2023/2024 mövsümünün “La Liqa” turnir cədvəlində 13-cü yerdədir. Komanda 20 görüşdə 20 xal toplayıb. “Sevilya” 15 xalla 16-cı yerdədir.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir