Dünya

İran kiberagentləri ölkədə insan haqları ilə bağlı cinayətləri “Vikipediya”dan silirlər – FOTO

Sharing is caring!


İrana bağlı kiberagentlərin hökumətin insan haqları ilə bağlı cinayətlərinə dair faktları məqsədyönlü şəkildə aradan qaldırmaq səyləri ciddi şəkildə artıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“The Times” qəzetində bununla bağlı dərc olunan xəbərdə bildirilib ki, bu agentlər “Vikipediya”da İranda minlərlə siyasi məhbusun edam edilməsi, etiraz aksiyaları, o cümlədən hökumətin bir sıra repressiv tədbirləri ilə bağlı yerləşdirilən məqalələri təhrif etməyə çalışırlar.

Qeyd olunub ki, 1980-88-ci illərdə İranda siyasi məhbusların kütləvi şəkildə edam edilmələri barədə yazılan və “Ölüm Komitəsi” adı verilən məqalə artıq “Vikipediya”dan silinib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir