Dünya

İstanbulda altı ölkə tərəfindən “İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan 10 nəfər saxlanıldı – VİDEO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərində “İnterpol”un qırmızı bülleteni ilə altı ölkə tərəfindən axtarışa verilən 10 nəfər saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib.   

“İran, Cənubi Koreya, Suriya, Çin, Özbəkistan və İsveçrə tərəfindən dələduzluq, çirkli pulların yuyulması, qumar oyunları, immiqrant qaçaqmalçılığı, insan qaçaqmalçılığı, insan alveri ittihamları üzrə “İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilən 10 nəfər “Kafes-30” əməliyyatları çərçivəsində ələ keçirilib”, – deyə nazir qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir