Dünya

Nazarbayevin qardaşı oğlu dövlətə 1,45 milyard dollar qaytarıb

Sharing is caring!


Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı dövlətə 650 milyard təngə (1,45 milyard dollar) vəsait qaytarıb.

Bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəsmi nümayəndəsi Arman Tleukenov brifinqdə məlumat verib.

“Cinayət yolu ilə, qanunsuz əməllərdən əldə etdiyi gəlirlərdən istifadə edərək, Kayrat Satıbaldı xaricdə də daxil olmaqla müxtəlif əmlaklar əldə edib, Qazaxıstanda və xaricdə banklarda pul yerləşdirib”, – Tleukenov əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin mart ayında həbs olunan Kayrat Satıbaldı altı il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir