Dünya

Polşada polis prezident sarayına basqın etdi: Keçmiş nazir və müavini saxlanıldılar – FOTO/VİDEO

Sharing is caring!


Polşada böyük siyasi qalmaqal baş qaldırıb.

Polşa polisi prezident sarayına basqın edib və Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski, həmçinin onun müavini Maçey Vonsik saxlanılıblar.

Kaminski və Vonsikin saraya Polşa Prezidenti Andjey Dudanın dəvəti ilə gəldikləri bildirilir.

Qeyd edək ki, 2015-ci ildə Mariuş Kaminski və Maçey Vonsikə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb və hər biri iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin sonra Andjey Duda onları əfv edib.

Hazırkı Polşa hökuməti Dudanın bunu etməyə haqqı olmadığını bəyan edib, ona görə də iş 2023-cü ilin dekabrında yenidən açılıb.

Varşavada Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri və onun müavininin saxlanması ilə bağlı mitinq keçirilib.

Mənbə: “Sputnik” “Belarus”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir