Dünya

Kim Çen In Cənubi Koreyanı məhv etməyə hazır olduğunu söylədi

Sharing is caring!


Seuldan hərbi təxribat olarsa, Pxenyan Cənubi Koreyanı məhv etmək üçün bütün arsenalından istifadə etməkdən çəkinməyəcək.

Bunu KXDR Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kim Çen In müdafiə sənayesi müəssisələrinə səfəri zamanı deyib.

“Əgər Koreya Respublikası dövlətimizə qarşı silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə və ya suverenliyimizi və təhlükəsizliyimizi təhdid edərsə, belə bir şans yaranarsa, biz Koreya Respublikasını tamamilə məhv etmək üçün bütün mövcud vasitə və güc arsenalından istifadə etməkdən çəkinməyəcəyik”, – deyə Çen In bildirib.

Kim Çen In vurğulayıb ki, Cənubi Koreya KXDR-ə qarşı intiharçı qarşıdurma siyasətinin səhvini dərk edənə qədər ona qarşı ədalətli mübarizə prinsiplərinə əsaslanan işlər həmişə davam edəcək.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir