Dünya

Meloninin partiyasının qarşısında yüzlərlə insanın nasist salamı İtaliyanı bir-birinə qatdı – VİDEO

Sharing is caring!


Romada yüzlərlə insan neofaşist partiyasının keçmiş qərargahı qarşısında nasist salamı verib.

Bina “İtaliya qardaşları” partiyasına (qurucusu ölkənin baş naziri Corciya Melonidir) məxsusdur.

Kadrlar İtaliyada böyük səs-küyə səbəb olub. Ölkənin müxtəlif partiyalarının liderləri bunu Avropa demokratiyası üçün rüsvayçılıq, qəbuledilməz davranış adlandırıblar, bəzi siyasətçilər isə prokurorluqla əlaqə saxlayıblar.

Siyasətçilər nasist salamı verənlərlə yanaşı, Meloninin partiyasını da fəaliyyətsizlikdə ittiham ediblər. Hətta hökumət başçısı bu hadisəni şərh etməyib.

Yerli mediada bildirilir ki, ölkədə hər il oxşar mitinqlər keçirilir və Baş nazir Meloni bu nümayişi dəstəkləyir.

Mənbə: The Guardian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir