Dünya

ABŞ-də hoteldə partlayış: Çoxlu sayda yaralılar var – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-nin Fort-Uert şəhərində (Texas) “Sandman Signature” hotelində partlayış verib. Hadisə nəticəsində azı 21 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyəti kritikdir, dörd nəfər ağır xəsarət alıb, lakin həyatları üçün təhlükə yoxdur. Ölənlərin olmadığı deyilir.

Partlayışın ilkin səbəbi kimi qaz partlayışı göstərilir. Hoteldə təmir-bərpa işlərinin aparıldığı qeyd edilir. Buna baxmayaraq, hotelin 26 otağı dolu olub.

Yayımlanan kadrlarda binanın ilk iki mərtəbəsinə ciddi ziyan dəydiyi görünür.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir