Dünya

İranda gənc qadına verilən dəhşətli cəza dünyaya səs-küy yaratdı – FOTO

Sharing is caring!


İranın paytaxtı Tehranda məcburi hicab qaydalarına əməl etmədiyi üçün gənc qadına verilən dəhşətli cəza dünya miqyasında səs-küy yaradıb.

İran parlamenti ictimai yerlərdə hicab taxmaqdan imtina edən qadınlara və onları dəstəkləyənlərə daha sərt cəzalar verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 70 maddədən ibarət qanun layihəsində hicab taxmayan qadınlara xidmət edən müəssisələrin sahibkarlarına və buna qarşı təşkilatlanan fəallara qarşı cəzalar artırılıb. “Cinayət mütəşəkkil şəkildə törədildiyi” halda “qanunu pozanlar” isə 10 ilədək həbs cəzası ala bilərlər.

Ötən aylarda Tehranda bu qaydaları pozan Röya Heşməti adlı qadın fəal 74 şallaq cəzasına məhkum edilib. Mövzu ilə bağlı açıqlama verən Röyanın vəkili bildirib ki, gənc qadın “əxlaqa zərər vermək”, “nalayiq məzmunlu paylaşım etmək” və “insanları korrupsiyaya təşviq etmək”də təqsirli bilinib.

İran məhkəməsi Röyanın “xarici təşkilatlarla” əlaqəsi olduğunu iddia etsə də, mövzu ilə bağlı təfərrüatı paylaşmayıb.

İranın aparıcı jurnalistlərindən olan Abbas Abdi kəsilən cəza haqqında fikirlərini bildirib.

“Bu qamçılar təkcə bir qadının bədəninə vurulmadı, normal azadlıqlarla yan-yana bir həyat arzusunda olan hər kəsə dəydi, artıq bəsdir”, – deyə o qeyd edib.

74 şallaq cəzasından əlavə Röya 12 aylıq həbs cəzasına məhkum edilsə də, sonradan bu qərar pul cəriməsi ilə əvəz edilib və gənc qadın təxminən 568 min manatdan çox təzminat ödəyib.

Mənbə: Milliyet.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir