Dünya

İranda cinsi zorakılıq qalmaqalı: Futbol məşqçisini edam edəcəklər – FOTO

Sharing is caring!


İranın məhkəmə sistemi 40 yaşlı futbol məşqçisini səkkiz yeniyetmə oğlana qarşı cinsi zorakılıqda ittiham edərək ona ölüm cəzası kəsib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, 12-13 yaş arası səkkiz yeniyetmə futbol məşqçisi tərəfindən cinsi zorakılığa məruz qalıb. Uşaqların valideynləri övladlarının psixoloji vəziyyətinin pozulduğunu görərək, bu işin üzərinə düşüblər və nəticədə məşqçidən şikayətçi olublar.

Qeyd edək ki, Tehran əyalətinin Cinayət Məhkəməsinin 10-cu Şöbəsi daha öncə də cinsi zorakılıq tarixçəsi olduğu bildirilən məşqçiyə edam hökmü çıxarıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir