Dünya

Çində Böyük Britaniyanın xeyrinə casusluq işinin üstü açılıb

Sharing is caring!


Çinin dövlət təhlükəsizlik orqanları Böyük Britaniyanın “MI-6” kəşfiyyat xidməti tərəfindən üçüncü ölkə vətəndaşının Çinə qarşı casusluq fəaliyyəti üçün istifadə edilməsi ilə bağlı işin üstünü açıb.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin bəyanatında bildirilib.

Xuan soyadlı əcnəbi vətəndaş xaricdə konsaltinq təşkilatının rəhbəri vəzifəsində işləyib və 2015-ci ildə Çində kəşfiyyat məlumatları toplamaq üçün “MI-6” tərəfindən işə götürülüb. Həmin şəxs “MI-6”da peşəkar təlim keçib və ona xüsusi avadanlıq verilib. O, bir neçə dəfə kəşfiyyat tapşırıqları ilə ölkəyə səfər edib.

“MI-6”da işlədiyi müddətdə Xuan onlara “tam məxfi” kimi təsnif edilən dövlət sirri olan doqquz məxfi məlumat dəsti və “məxfi” kimi təsnif edilən dövlət sirri olan beş məxfi məlumat dəsti təqdim edib. Cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılan şəxs barəsində qətimkan tədbirləri görülüb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir