Dünya

Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk etmək niyyətindədir

Sharing is caring!


Avropa Şurasının rəhbəri Şarl Mişel bu ilin iyununda vəzifəsini tərk edərək Avropa Parlamentinə seçkidə iştirak etməyi planlaşdırır.

Mişelin Avropa Şurasının rəhbəri kimi mandatı 2024-cü ilin noyabrında başa çatır, lakin o, jurnalistlərə izah edib ki, Avropa Şurası və Parlamentdəki işi birləşdirə bilməz. O, iyunun ortalarına qədər Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün ərizəsini təqdim etməlidir.

Qeyd edək ki, Mişel Avropa Parlamentinin deputatı seçilərsə, Aİ liderləri Avropa Şurasındakı vakant postu doldurmaq üçün tez bir zamanda xələflə razılaşmalı olacaqlar. Əgər bunu etməsələr, iyul ayında Macarıstan Aİ Şurasına sədrlik edəcək, çünki rəhbərlik Macarıstanın Baş naziri Viktor Orbana keçəcək.

Mənbə: interfax.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir