Dünya

ABŞ prezidentliyinə namizəd ölkəni NATO-dan çıxarmaq niyyətindədir

Sharing is caring!


Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami ölkənin NATO-dan çıxmasını zəruri hesab edir.

Məlumata görə, siyasətçi bu fikrini bir neçə həmsöhbət olduğu şəxsə açıq şəkildə ifadə edib. Eyni zamanda o, rəsmi çıxışlarında qeyd edib ki, NATO üzvlərinin əksəriyyəti hərbi ödənişlərlə bağlı öhdəliklərini yerinə yetirmir. Ramasvami həmçinin Soyuq Müharibədən sonra Şimali Atlantika Alyansının genişlənməsinin Rusiya ilə toqquşma riskini lazımsız şəkildə artırmasından narahat olduğunu da dilə gətirib.

Qeyd olunur ki, respublikaçının ideyaları reallaşarsa, NATO-nun ömrü çox da uzun olmayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir