Dünya

İrkutskda Şaxta baba maşın oğurladı – FOTO/VİDEO

Sharing is caring!


Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində Şaxta baba bölgə sakinlərini təbrik etmək üçün maşın oğurlayıb.

Bu barədə polisdən məlumat verilib.

Məlumata görə, oğurlanan avtomobilin sahibi mağazaların birinin yaxınlığında Şaxta baba geyimində oğlanı görüb və onu gedəcəyi yerə qədər aparmağı təklif edib ki, şəhər sakinlərini təbrik edə bilsin.

Yolda sürücü maşını saxlayaraq mağazaya girib, qayıtdıqda isə maşını yerində görməyib. O, polisə müraciət edib. Tezliklə maşın, sonra isə Şaxta baba tapılıb.

Şaxta baba etiraf edib ki, avtomobil sahibini gözləməmək və Nijneudinsk sakinlərini təbrik etmək üçün maşını özü idarə etmək qərarına gəlib.

Lakin yolda idarəetməni itirərək qar yığınına çırpılıb, daha sonra da evə gedib. Şaxta baba elə öz evində tapılıb. Ona qarşı avtomobil oğurluğu maddəsi üzrə cinayət işi açılıb.

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir