Dünya

Serxio Ramos fanatı ilə mübahisə edib: “İnsanlara hörmət et və sus” – VİDEO

Sharing is caring!


“Real Madrid”in və İspaniya yığmasının sabiq kapitanı Serxio Ramos oyundan sonra müsahibə zamanı azarkeşlərlə mübahisə edib.

“Sevilya”nın 37 yaşlı veteranı komandanın İspaniya çempionatının 19-cu turunda “Atletiko”ya (Bilbao) uduzduğu oyundan (0:2) sonra azarkeşlə əlbəyaxa davaya girib. Ramos azarkeşlərin qışqırmasına sərt reaksiya verib.

“Bir az hörmət göstər, deyirik. Haqqında danışdığımız insanlara və emblemə hörmət et. İnsanlara hörmət et və bu dəqiqə sus!” – deyə Serxio söyləyib.

Mənbə: Tengri Sport

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir