Dünya

İndoneziyada iki qatar toqquşub: Ölənlər var – VİDEO

Sharing is caring!


İndoneziyanın Yava adasının Cikalenqka – Haurpuqur hissəsində səhər saatlarında iki sərnişin qatarı toqquşub. Hadisə nəticəsində dəmiryolunun üç əməkdaşı həlak olub.

“Toqquşma zamanı üç nəfər (qatar maşinisti, maşinist köməkçisi və qatar bələdçisi) vəfat edib”, – deyə Qərbi Yava Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kombes İbrahim Tompo bildirib.

Qeyd edək ki, toqquşma yerli vaxtla saat 06:03-də (Bakı vaxtı ilə 03:03) baş verib. Yolları təmizləmək üçün ağır texnika göndərilib, sərnişinlər təcili yardım maşınları ilə qəza yerindən təxliyə ediliblər.

İlkin versiyaya görə, toqquşmaya səbəb sürücülərin kommunikasiyasına mane olan rabitə xətlərinin işləməməsidir.

Mənbə: Kompas TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir