Dünya

Krım yaxınlığında ABŞ kəşfiyyat pilotsuz təyyarəsi görüntüləndi – FOTO

Sharing is caring!


ABŞ-yə məxsus “RQ-4B Global Hawk” strateji yüksək hündürlükdə kəşfiyyatçı pilotsuz təyyarəsi Qara dənizdə Rusiya sərhədi yaxınlığında ilin əvvəlindən bəri ilk uçuşunu həyata keçirib.

Bu barədə “ItaMilRadar” saytı məlumat verib.

İtaliyanın Siciliya adasındakı Siqonella aviabazasından havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə yarımadanın sahillərindən cənuba doğru təxminən 20 saat uçub. Eyni zamanda uçuş Rusiya sərhədlərindən xeyli aralı məsafədə həyata keçirilib.

Bu cür uçuşlar 2023-cü ilin martında ABŞ Hərbi Hava Qüvvələrinin “MQ-9 Reaper” pilotsuz təyyarəsi ilə baş verən insidentdən sonra əvvəlkilərdən daha böyük məsafədə həyata keçirilir. ABŞ hərbçilərinin o zaman verdikləri bəyanata görə, “MQ-9 Reaper” pilotsuz təyyarəsi Rusiyanın “Su-27” təyyarəsi onun yanından uçduqdan sonra dənizə düşüb. Rusiya Müdafiə Nazirliyi isə Rusiya qırıcılarının Qara dəniz üzərində ABŞ pilotsuz uçan aparatına qarşı silah istifadə etmədiklərini, qəzanın səbəbinin təyyarənin qəfil manevr dəyişdirməsi olduğunu bildiriblər.

Nəticədə ABŞ kəşfiyyat pilotsuz təyyarələri Rusiya sərhədlərindən daha uzaq məsafədə uçuşlar həyata keçirməyə başlayıblar ki, bu da ABŞ hərbçilərinin fikrincə, alınan kəşfiyyat məlumatlarının həcmini azaldıb.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir