Dünya

“Tesla” liderliyi əldən verdi

Sharing is caring!


ABŞ-nin “Tesla” şirkəti 2023-cü ilin dördüncü rübündə satılan elektrik avtomobillərinin sayına görə ilk dəfə olaraq rəqibi – Çin avtomobil istehsalçısı BYD-dən geri qalıb.

Oktyabr-dekabr ayları arasında “Tesla” dünya üzrə 484 507 elektrikli avtomobil satıb ki, bu da üçüncü rüblə müqayisədə 11 faiz çoxdur. Bununla belə, BYD 2023-cü ilin son üç ayında 526 409 elektrikli avtomobil sataraq rəqibini geridə qoymağı bacarıb.

Cəmi bir il ərzində “Tesla” 1,8 milyon elektrik avtomobili tədarük edib və hədəflərini aşıb. Analitiklərin fikrincə, 2024-cü ildə bu rəqəm 2,1 milyon avtomobilə çata bilər.

BYD isə keçən il 1,6 milyon elektrik avtomobili və daha 1,4 milyon hibrid avtomobil satıb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir