Dünya

“Mossad” rəhbəri: “Yeddi oktyabr qətliamının bütün iştirakçılarını cəzalandıracağıq”

Sharing is caring!


İsrail kəşfiyyatı oktyabrın yeddisində Qəzza zolağından edilən hücumu və İsrailin sərhəd bölgələrində törədilən qətliamı həyata keçirən qatilləri, harada olmalarından asılı olmayaraq, cəzalandıracaq.

Bu fikri İsrailin kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea idarənin keçmiş rəhbəri Zvi Zamirin dəfn mərasimində deyib.

“Bu gün müharibə tam sürətlə davam edir və yenə də 50 il əvvəl olduğu kimi, “Mossad” oktyabrın yeddisində Qəzza zolağı ilə sərhədə yaxın ərazilərə hücumu həyata keçirən qatillər, təşkilatçılar və icraçıları cəzalandırmaq məcburiyyətindədir. Hər bir ərəb ana bilsin. Oğlunun yeddi oktyabr qırğınında birbaşa və ya dolayısı ilə əli olubsa, o bunun əvəzini ödəyəcək”, – Barnea bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir