Dünya

Rusiya Ukraynaya 500 raket və dronla hücum etdi – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son iki gündə Kiyevə endirilən hava zərbələri müharibə müddətində paytaxtın məruz qaldığı ən böyük kütləvi hava hücumu kimi qeydə alınıb.

“Ötən gün Ukraynaya 59 qanadlı, 10 “Kinjal” tipli raket atılıb”, – deyə jurnalist əlavə edib.

Məlumata görə, son 5 gündə isə ümumilikdə 500 raket və dron hücumu olub.

O da bildirilib ki, son hücumlar nəticəsində altı azərbaycanlının mülkü dağılıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir