Dünya

Almaniya kansleri postunu vaxtından əvvəl tərk edə bilər

Sharing is caring!


Almaniya kansleri Olaf Şolts 2024-cü ilin əvvəlində Sosial Demokrat Partiyasına (SDP) inamının azalması fonunda vəzifəsini tərk edə bilər.

Məlumata görə, təkcə 2023-cü ildə SDP-yə dəstək səviyyəsi 20%-dən 15%-ə düşüb.

İddia edilir ki, Şoltsun postunu hazırkı müdafiə naziri Boris Pistorius tuta bilər. Belə ki, məhz o, hazırda ən populyar alman siyasətçilərinin reytinqinə başçılıq edir.

Kanslerin ​​istefasına 2020-ci ildə “Wirecard” şirkəti ilə həyata keçirilən saxtakarlıq sxemi ilə bağlı qalmaqal da səbəb ola bilər. Şolts o zaman iqtisadiyyat naziri olub. Bununla belə, o, həmişə baş verənlərə görə günahını inkar edib.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir