Dünya

Türkiyədə zəlzələlər fəsadlar törədib, 30-a yaxın evə zərər dəyib – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda baş verən üç ardıcıl zəlzələ nəticəsində 30-a yaxın evdə çatlar yaranıb.

Bu barədə Hakkari valiliyinin sosial media hesabından məlumat verib.

Bildirilir ki, hadisə ilə əlaqədar Yüksekovada Təbii Fəlakət və Fövqəladə Hallar Koordinasiya Şurasının toplantısı keçirilib.

İclasda bildirilib ki, 3,5, 4,4 və 4,5 maqnitudada zəlzələlər bir sıra fəsadlar törədib. Belə ki, təftiş zamanı 28 ev və bir tövlədə çatlar aşkar edilib. Buna görə müvafiq qurumlar tərəfindən vətəndaşlara dəyən maddi zərərin hesablanması üzrə komissiya yaradılıb.

Qeyd edək ki, Türkiyədə dünən bir neçə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 2,52 km dərinlikdə yerləşib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir