Dünya

Qazaxıstan “Taliban”ı qadağa siyahısından çıxarıb

Sharing is caring!


Qazaxıstan hakimiyyəti Əfqanıstanın “Taliban” hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.

Bu barədə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

“Qazaxıstan mütəmadi olaraq ölkədə qadağan olunmuş terror təşkilatlarının siyahısını yeniləmək üçün onu nəzərdən keçirir. Qeyd olunan proses çərçivəsində BMT-nin təcrübəsinə uyğun olaraq “Taliban” hərəkatının bu siyahıdan çıxarılması barədə qərar qəbul edilib. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə uyğun olaraq “Taliban” hərəkatı BMT TŞ tərəfindən terrorçu kimi tanınan təşkilatların siyahısına daxil edilməyib”, – deyə Smadiyarov izah edib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qazaxıstanla “Taliban” arasında diplomatik əlaqələrin necə inkişaf edəcəyinə dair sualı da cavablandırıb.

“Siyasi əlaqələrə gəldikdə, vurğulamaq istərdim ki, Qazaxıstan bundan sonra da Təhlükəsizlik Şurası və BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş qərar və qətnamələrə ciddi şəkildə əməl edəcək”, – deyə o qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir