Dünya

Azərbaycanla qonşu ölkələrdə də güclü külək fəsadlar törətdi – VİDEO

Sharing is caring!


Azərbaycanla qonşu Gürcüstanda əlverişsiz hava şəraiti hökm sürür. Xüsusən paytaxt Tbilisidə qasırğa tüğyan edir.

Güclü külək reklam lövhələrini, binaların damlarını uçurub, ağacları qırıb.

Dağıstanda da çovğun fəsadlarla nəticələnib. Belə ki, Mahaçqalada 15-25 m/s-ə çatan güclü külək evin damını uçurub və elektrik xəttinə aşıb. 15 min insan işıqsız qalıb. Yol-nəqliyyat hadisələri də artıb.

Xatırladaq ki, ölkəmizdə də əlverişsiz hava səbəbindən onlarla ağac qırılıb, avtomobillərə ziyan dəyib, həmçinin üç nəfər yaralanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir