Dünya

“The Independent”: Əfqanıstanın informasiya siyasəti İranın əlindədir

Sharing is caring!


Britaniyanın “The Independent” nəşrinin Əfqanıstandakı əməkdaşı Muxtar Vəfai iddia edib ki, Əfqanıstanın informasiya siyasətini Tehran müəyyənləşdirir.  

Jurnalist bildirib ki, 45 nəfərdən ibarət informasiya siyasəti üzrə iranlı mütəxəssis 2021-ci ilin dekabr ayından etibarən Kabildə oturur və “Taliban”a sözügedən sahə üzrə məsləhətlər verirlər.

Eyni zamanda qeyd olunur ki, informasiya sahəsinə cavabdeh olan informasiya agentliyinin rəhbərləri müxtəlif tədbirlər üçün Tehrana dəvət olunurlar. 

Muxtar Vəfai bildirib ki, bu yaxınlarda “Taliban” hökumətinin xarici işlər nazirinin müavini Məhəmməd Abbas Stanikzai tərəfindən qəbul edilən iranlı jurnalistlərdən ibarət nümayəndə heyəti də təcrübə mübadiləsi aparmaq üçün Əfqanıstana səfər ediblər.

Mənbə: Sputnik Əfqanıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir