Dünya

Avstraliyada fırtına nəticəsində azı doqquz nəfər ölüb – VİDEO

Sharing is caring!


Avstraliyada güclü fırtına nəticəsində azı 9 nəfər ölüb.

Qeyd olunub ki, təbii fəlakət qurbanları arasında xüsusilə Kvinslend ştatının Gimpi şəhərində su axını kanalizasiyaya aparan 46 yaşlı qadın olub. Daha 3 nəfər motorlu yaxtanın aşması nəticəsində həlak olub. Göyərtəsində 11 nəfərin olduğu gəzinti gəmisi ştatın paytaxtı Brisben yaxınlığında batıb. Yerli polis səkkiz nəfərin sudan xilas edildiyini, üç nəfərin isə daha sonra cəsədinin tapıldığını bildirib.

Həmçinin ölkənin cənubundakı Viktoriya ştatında bir kişinin ağacın yıxılması nəticəsində əzilməsi və bir qadının Bakan şəhərinin yaxınlığındakı çadır düşərgəsində daşqın nəticəsində öldüyü bildirilib.

Çərşənbə axşamına keçən gecə Kvinslend ştatında dolu və yağışla müşayiət olunan güclü fırtına baş verib. Viktoriya ştatında da daşqınlar qeydə alınıb. Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, küləyin sürəti demək olar ki, 30 m/s-ə çatıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir