Dünya

Marsın heyrətamiz coğrafiyasını əks etdirən yeni görüntüsü paylaşıldı – FOTO

Sharing is caring!


NASA Marsın heyrətamiz coğrafiyasını əks etdirən yeni görüntüsünü paylaşıb.

Şəkildə Qırmızı planetin səthində qabırğalı xətlər şəklində füsunkar naxışlar göstərilir. Bu cizgilər tədricən landşaft boyunca hərəkət edən buzların izidir.

Foto NASA-nın 2006-cı ildə Qırmızı Planet ətrafında orbitə buraxılan “Mars Reconnaissance Orbiter” (MRO) cihazı tərəfindən çəkilib.

Alimlər bu hadisəni buz axını adlandırırlar. Onların sözlərinə görə, bu zaman buz özü qayaları və torpağı sürüyür və nəticədə xarakterik şırımlar yaranır. Belə naxışların əmələ gəlməsi minlərlə il davam edə bilər.

Qeyd edək ki, buz birləşmələri elm üçün böyük maraq doğurur, çünki onlar Marsın iqliminin tarixini öyrənməyə imkan verir.

Mənbə: Futurism

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir