Dünya

Rusiyada qadın mer saxlanıldı: Bir neçə nəfərin ölümündə ittiham edilir

Sharing is caring!


Rusiyanın Kurqan şəhərinin meri Yelena Sitnikova təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Artıq onun kabinetində axtarışlar aparılıb.

Sitnikovanın saxlanılması 2023-cü ilin yazında meşə yanğınları zamanı bir neçə vətəndaşın həlak olması ilə əlaqələndirilir. Hesab edilir ki, vətəndaşların təhlükəsizliyi və yanğınların nəticələrinin aradan qaldırılması ilə bağlı işlər lazımi səviyyədə təşkil olunmayıb. Ümumilikdə, tüğyan edən təbii fəlakət nəticəsində bölgədə 20-yə yaxın insan həyatını itirib.

Bundan əlavə, şəhər sakinlərinin də Sitnikovadan şikayətləri var. Belə ki, bir neçə ay əvvəl sakinlər İstintaq Komitəsinə müraciət edərək II Çasovaya küçəsindəki filialın təmiri ilə bağlı vədləri yerinə yetirmədiyinə görə məmurun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş ediblər. Hazırda bu şikayətlərə baxılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir