Dünya

Güneyli millət vəkili: “Ağbənd körpüsünün tikintisində İran tərəfi öz öhdəliklərini yerinə yetirməyib” – FOTO

Sharing is caring!


Şərqi Azərbaycan əyalətinin Kəleybər, Xudafərin və Horan şəhərlərini İran parlamentində təmsil edən millət vəkili Hüseyn Hatəmi bir hissəsi İran, qalan hissəsi isə Azərbaycan ərazisində həyata keçirilən Xudafərində Ağbənd körpüsünün tikintisi layihəsində İran podratçısının öz öhdəliklərini yerinə yetirmədiyini bildirib.

“Azad İran” xəbər verir ki, iranlı parlamentari layihənin icrasının sürətləndirilməsi üçün Yol və Şəhərsalma Nazirliyini məsələyə ciddi müdaxilə etməyə çağırıb.

Millət vəkilinin sözlərinə görə, Ağbənd ərazisində yeni körpünün tikintisinə İkinci Qarabağ müharibəsinin işğaldan azad edilməsindən sonra başlanılıb və hazırda davam edir. Amma İran tərəfi Ağbənddən Culfaya qədər olan hissəsini standartlaşdırmalıdır, lakin burada işlər gecikir.

Layihənin icrasının (SEPAH-a bağlı) “Xatəmul-Ənbiya” tikinti qərargahına həvalə edildiyini bildirən Hatəmi qeyd deyib:  

“Layihənin icrasına baş çəkərkən biz icra işlərinin başlandığını görməli olsaq da, təəssüf ki, İran tərəfi bu işə ciddi yanaşmır və yalnız ilkin avadanlıqları quraşdırmaqla kifayətlənib. Mən Yol və Şəhərsalma Nazirliyindən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşsın və belə olmasın ki, qarşı tərəf öz öhdəliklərini yerinə yetirərkən, İran tərəfi isə əməl etməsin”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir