Dünya

“Goal”un 2024-cü ilin “Qızıl top” favoritləri siyahısına Bellinqem başçılıq edir

Sharing is caring!


“Goal” nəşri “Qızıl top”a namizədlərin yenilənmiş reytinqini təqdim edib.

Reytinqdə birinci yeri “Real Madrid”in ingilis yarımmüdafiəçisi Cud Bellinqem tutub. İkinci yerdə “Bavariya”nın hücumçusu Harri Keyn qərarlaşıb. İlk üçlüyü PSJ-dən fransız Kilian Mbappe tamamlayıb.

Qeyd edək ki, dördüncü yerdə Erlinq Haaland (“Mançester Siti”), beşinci yerdə Mohamed Salah (“Liverpul”), altıncı yerdə Rodriqo Hernandes (“Mançester Siti”), yeddinci yerdə  Antuan Qrizmann (“Atletiko Madrid”), səkkizinci yerdə Bukayo Saka (“Arsenal”), doqquzuncu yerdə Deklan Rays (“Arsenal”), onuncu yerdə  Julian Alvares (“Mançester Siti”) qərar tutub.

Qeyd edək ki, “Ən-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu siyahıda 17-ci, hazırkı qalib Lionel Messi isə 19-cudur.

Mənbə: Championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir