Dünya

Boks üzrə dünya çempionu dinini dəyişdi – VİDEO

Sharing is caring!


Üç çəki kateqoriyasında çıxış edən məğlubedilməz dünya çempionu Cervonta Devis islamı qəbul edib.

Bu barədə üç çəki kateqoriyasında keçmiş dünya çempionu Badu Cek sosial şəbəkə hesabında məlumat verib.

“İslama xoş gəldin, qardaşım. Əlhəmdulilləh”, – deyə Cek özünün “X” hesabında yazıb.

Bununla bağlı o, Devisin tövhid düsturu olan şəhadəti dediyi videonu da paylaşıb.

Qeyd edək ki, 29 yaşlı Devis 2013-cü ildə peşəkar rinqdə debüt edib və 2017-ci ilin yanvarında ikinci yarımyüngül çəki kateqoriyasında (59 kq-a qədər) Beynəlxalq Boks Federasiyasının (IBF) titulunu qazanaraq ilk dəfə dünya çempionu olub.

2019-cu ilin dekabrında o, Kuba təmsilçisi Yuriorkis Qamboanı vaxtından əvvəl məğlub edərək Dünya Boks Assosiasiyasının yüngül çəki üzrə (61,2 kq-a qədər) çempionu olub və 2021-ci ilin iyununda birinci orta-ağır çəkidə (63,5 kq-a qədər) WBA titulunu qazanıb.

Apreldə baş tutan sonuncu döyüşdə Cervonta Devis həmyerlisi Rayan Qarsiyanı nokautla məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir