Dünya

Polşa hökuməti qadın nazirlərə görə qeyri-legitim sayıla bilər

Sharing is caring!


Dekabrın 13-də Varşavada Polşanın yeni baş naziri Donald Tusk və onun kabinetinin üzvləri and içiblər.

Bundan sonra Konstitusiya Məhkəməsinin hakimi Mariuş Muşinski qeyd edib ki, üç qadın nazir and mətnini dəqiq təkrarlamayıb.

Belə ki, Barbara Novaçka (təhsil naziri), Katarjina Kotula (hüquq bərabərliyi məsələləri üzrə nazir) və Majena Okla-Drevnoviç (yaşlıların işləri üzrə nazir) öz vəzifələrinin adlarını düzgün ifadə etməyiblər.

Polşa Konstitusiyasına görə, andiçmə olmadan nazir qanuni fəaliyyət göstərə bilməz. Hakim əmindir ki, üç qadın mövcud olmayan vəzifələrə yiyələniblər. Bu isə o deməkdir ki, onların imzaladığı bütün sənədlər etibarsızdır.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir