Dünya

Aİİ ölkələri və İran rüsumsuz ticarət haqqında saziş imzalayacaqlar

Sharing is caring!


Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr və İran gələn həftə azad ticarət sazişi imzalayacaqlar. Bu, ölkələr arasında ticarət dövriyyəsini xeyli artıracaq.

Qeyd olunur ki, imzalanma mərasiminin dekabrın 25-də dövlət başçılarının Sankt-Peterburq görüşündə keçirilməsi planlaşdırılır.

“Ölkə (İran – red.) ilə 2019-cu ildən qüvvədə olan “müvəqqəti” azad ticarət zonasından fərqli olaraq, rüsumların azaldılması indi bütün malların 90%-nə və Aİİ ölkələrindən gətirilən malların isə 99%-nə təsir edəcək”, – deyə məlumatda qeyd olunub.

Bu, İran üçün ilk belə razılaşmadır.

Nəticədə tərəflər ərzaq və sənaye məhsullarının tədarükünün əhəmiyyətli dərəcədə artacağını gözləyirlər ki, bu da dövriyyənin üç dəfə artmasına gətirib çıxarmalı, beş-yeddi il ərzində 18-20 milyard dollara çatmalıdır.

Komponentlər üçün rüsumların aşağı salınmasının istehsalın lokallaşdırılmasını asanlaşdıracağı da gözlənilir.

Qeyd edək ki, Aİİ-yə beş ölkə daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan.

Mənbə: Kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir