İdman

“Neftçi”nin rumın baş məşqçisi: “İki prezident arasında gedən müharibənin qurbanı oldum”

Sharing is caring!

“Neftçi” haqqında Mirça Rednikdən məlumat almağa ehtiyac duymadım. Hər məşqçinin öz baxış bucağı var”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Reqekampf deyib.

O, seçəcəyi taktiki sxem barədə bunları deyib:

“Biz çox hücumameyilli, aqressiv futbol nümayiş etdirəcəyik. Mənim öz oyun fəlsəfəm, öz taktiki sxemim var. Ancaq gəlin bunu mən sizə oyunumla rəsmi şəkildə nümayiş etdirim.

Mən heç vaxt media önündə şikayətlənməyəcəm. Hakimlərdən də şikayətlənməyi xoşlamıram”.

O, daha sonra çox klub dəyişməsi ilə bağlı bunları deyib:

“Styaua”da böyük uğurlarım olub. Çempionlar Liqasında format dəyişəndən sonra komandanı qrup mərhələsinə daşıyan ilk mütəxəssis olmuşam. İlk məşqçiyəm ki, “Styaua”nı qrupdan çıxarmışam, hətta “Ayaks”ı mübarizədən kənarlaşdırmışam. Səudiyyə Ərəbistanında “Əl-Hilal”ı Çempionlar Liqasının finalına çıxarmışam. Uğursuzluğum o oldu ki, yaponiyalı hakim dörd penaltini vermədi. “Əl-Vahda”da üç kubok qazandım. “Əl-Vəsl”ə getməyim o qədər də yaxşı olmadı. Orada iki prezident arasında gedən kiçik müharibənin qurbanı oldum. Oradan da Rumıniyaya qayıdıb, “Universitatya”nın baş məşqçisi oldum. Məqsəd Konfrans Liqasına getmək idi. İkinci il çempion olmalıydıq. Ancaq rəhbərliklə görüşdən sonra anladım ki, çempion olmaq şərtinə uyğun dəstək olmayacaq. Ona görə də ayrıldım. Mən Konfrans Liqasında oynayan komandanı çalışdırmağa layiqəm. Azərbaycana açıq ürəklə gəlmişəm. İnanıram ki, bu yolun sonunda uğur qazanacağıq”.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir