Dünya

Belarus DİN rəhbəri xidməti vəzifə başında həlak olan azərbaycanlı polislərin uşaqları ilə görüşüb

Sharing is caring!


Belarusun daxili işlər naziri İvan Kubrakov xidməti vəzifələrini yerinə yetirərkən həlak olan azərbaycanlı polislərin övladları ilə görüşüb.

Məlumata görə, görüş Minsk şəhər meriyasında baş tutub. Görüş maarifləndirici ekskursiya ilə başlayıb. Bu ekskursiya zamanı uşaqlar Minsk və Belarusun tarixi şəxsiyyətləri haqqında çoxlu maraqlı faktlar öyrəniblər. Gənc qonaqları salamlayan İvan Kubrakov Daxili İşlər Nazirliyinin əməkdaşlarının onlar üçün zəngin proqram hazırladıqlarını, Belarusun qonaqpərvərliyini, çoxsaylı görməli yerlərini nümayiş etdirməyə çalışdıqlarını qeyd edib.

“Azərbaycan qəhrəmanlarının övladlarının respublikamıza göndərilməsi qərarından çox şadam. Uşaqlar, siz də bizim övladlarımızsınız. Hər iki ölkənin Daxili İşlər nazirlikləri əməkdaşlarına və onların ailə üzvlərinə dəyər verirlər, bilirlər ki, polis əməkdaşları öz yaxınları naminə və onların dəstəyi sayəsində ləyaqətlə xidmət edirlər”, – deyə nazir bildirib.

O, uşaqlara dərslərində uğurlar, dost ölkədən olan həmkarlarına isə Vətənə sağ-salamat qayıtmalarını arzulayıb. Belarus Daxili İşlər Nazirliyinin rəhbəri belə qarşılıqlı səfərlərin daha da artacağına əminliyini ifadə edib. Görüş konsert proqramı və uşaqlara hədiyyələrin təqdim olunması ilə sona çatıb.

Mənbə: belta.by

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir