Dünya

Dünyanın ən gəlirli səhmləri AÇIQLANDI

Sharing is caring!


Dünyada ən gəlirli səhmlər Cənubi Koreyanın katod istehsalçısı “Ecopro Co” şirkətinə məxsusdur. Belə ki, bu qiymətli kağızlar ilin əvvəlindən 571 faiz bahalaşıb.

Siyahıda ikinci yerdə elektromobil akkumulyatorları üçün komponentlər istehsal edən Cənubi Koreyanın “Kum Yang Co” şirkətinin səhmləri qərarlaşıb. 2023-cü ilin əvvəlindən şirkətin qiymətli kağızları üzrə gəlirlilik 350 faizdən çox olub.

Koreya istehsalçılarının səhmlərinə investor marağı bazar gözləntiləri ilə əlaqələndirilir. Bəzi analitiklər tələb proqnozlarını aşağı salsa da, kotirovkalar yüksəlməyə davam edir. Dinamika həm də onunla bağlıdır ki, 2023-cü ildə bu şirkətlərin bir sıra çinli rəqibləri ABŞ-nin sanksiyalarına məruz qalıb və bazarda mövqelərini itirməyə başlayıblar.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir