Dünya

İndoneziya Ukrayna münaqişəsində NATO-nu günahlandırdı

Sharing is caring!


“İndoneziya yaxşı başa düşür ki, Ukrayna münaqişəsinin qızışmasına səbəb Şimali Atlantika Alyansının ambisiyaları olub”.

Bu sözləri İndoneziya Demokratik Mübarizə Partiyasının baş katibi Xasto Kristianto deyib.

Onun sözlərinə görə, ölkələrin suverenliyinə hörmət İndoneziyanın xarici siyasətinin fundamental prinsiplərindən biridir.

“Bu baxımdan, biz Rusiya və Ukrayna ilə bağlı vəziyyəti tam şəkildə başa düşürük. Çünki bu, suverenlik problemidir və NATO-nun ambisiyaları səbəbindən ortaya çıxıb”, – deyə Xasto Kristianto qeyd edib.

O, həmçinin bildirib ki, İndoneziyanın öz suverenliyinin qorunmasına da lazımi diqqət yetirilməlidir.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir