Dünya

Fələstin səfirindən açıqlama: HƏMAS İsraili tanımağa hazırdır?

Sharing is caring!


“Fələstinin HƏMAS hərəkatından İsraili dövlət kimi tanımağa hazır olduqlarına dair siqnallar daxil olur”.

Bu sözləri Fələstinin Vyanadakı səfiri Salah Abdel Şafi deyib.

Diplomatın sözlərinə görə, Fələstinlə HƏMAS arasındakı fərq siyasi fikir ayrılığındadır.

“Biz həmişə iki dövlətin tərəfdarı olmuşuq. HƏMAS İsraili dövlət kimi tanımaq istəmirdi”, – deyə o bildirib.

Eyni zamanda Şafi vurğulayıb ki, hazırda HƏMAS-dan müsbət siqnallar gəlir ki, onlar da iki dövləti tanımağa hazırdırlar.

Həmçinin Salah Abdel Şafi vasitəçiləri Qəzzadakı vəziyyətlə bağlı obyektiv mövqe tutmağa çağırıb.

Mənbə: RT.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir