Dünya

İngiltərədə qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb – FOTO/VİDEO

Sharing is caring!


İngiltərədə 49 yaşlı Liz Merser həkimlərin səhv diaqnozu səbəbindən burunsuz qalıb.

Hadisə Böyük Britaniyanın Liverpul şəhərində baş verib.

Qadın daimi burun tutulması və baş ağrıları şikayətləri ilə həkimlərə müraciət edib. Həkimlər onda zökəm olduğunu düşünüblər və müvafiq müalicə yazıblar.

“Bunun xərçəng olduğuna əmin idim, çünki burnum formasını itirməyə başlamışdı. Əvvəllər burnum tamamilə düz idi, ancaq artıq burnum yana doğru əyilir, şişir və qızarırdı”, – deyə Merser bildirib.

Xəstəyə xərçəng diaqnozu qoymaq üçün həkimlərə, demək olar ki, il yarım vaxt lazım olub. Lakin bu zamana qədər şişin ölçüləri böyüyüb və ondan ancaq burunla birlikdə qurtulmaq mümkün olub.

“Əməliyyatdan sonra özümü ilk dəfə görmək çox qorxunc idi və buna öyrəşməyim uzun sürdü”, – deyə qadın etiraf edib.

Mənbə: The Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir