Dünya

Hindistanda begemot zooparkın işçisini öldürüb – FOTO

Sharing is caring!


Hindistanda begemot zooparkın iki işçisinə hücum edib.

Bu barədə çərşənbə günü, dekabrın 20-də Hindistanın yerli mətbuatı məlumat yayıb.

Hadisə Uttar Pradeş ştatının Laknau Zooloji bağında baş verib. Zooparkın işçiləri begemotun volyerini təmizləmək üçün içəri daxil olublar. Naməlum səbəbdən heyvan işçilərə hücum edib. Nəticədə begemot kişilərdən birini öldürüb. İkinci yaralanıb, amma qaça bilib.

Qalan zoopark işçiləri dərhal heyvanı ayrı bir qəfəsə salıblar.

İlkin məlumata görə, begemot faciədən bir neçə gün əvvəl başqa zooparkdan şəhərə gətirilib.

Mərhumun 10 ildən artıq zooparkda işlədiyi bildirilib.

Mənbə: The Indian Express

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir