Dünya

İranda naməlum əsgərin nəşi ABŞ-nin keçmiş səfirliyinin bağçasında dəfn edilib

Sharing is caring!


İran-İraq müharibəsində həyatını itirən və nəşi illər sonra tapılaraq Tehrana gətirilən “naməlum əsgər”in cənazəsi ABŞ-nin paytaxtdakı keçmiş səfirliyinin bağçasında torpağa tapşırılıb.

Məlumata görə, mərhum hərbçi üçün İran tərəfinin “casusluq yuvası” adlandırdığı ərazidə mərasim keçirilib.

Xatırladaq ki, ötən bazar günü İran-İraq müharibəsində həyatını itirən və bu il qalıqları tapılan 110 iranlı əsgər üçün Tehranda dəfn mərasimi təşkil olunub.

Qeyd edək ki, İran və İraq arasında səkkiz il davam edən müharibə 1988-ci ildə sona çatıb.

ABŞ-nin Tehrandakı səfirliyinə gəlincə, o, hazırda muzey kimi fəaliyyət göstərir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir