Dünya

İsrail ordusu HƏMAS-ın əsas maliyyəçisini məhv etdiyini açıqlayıb

Sharing is caring!


İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah şəhərində Fələstinin radikal HƏMAS hərəkatının əsas maliyyəçisini məhv ediblər.

İsrailin fikrincə, o, təşkilatın silahlı qanadına on milyonlarla dolların köçürülməsini təmin edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağında Rəfahın mərkəzində məqsədyönlü əməliyyat zamanı Sübhi Firuana İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcının hava hücumu nəticəsində öldürülüb. Firuana mühüm maliyyəçi olub, qardaşı son bir neçə ildə HƏMAS terror təşkilatına və onun Qəzza zolağındakı silahlı qanadına valyuta mübadiləsi şirkəti olan “Hamsat” vasitəsilə onmilyonlarla dolların köçürülməsində iştirak edib”, – deyə məlumatda deyilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir