Dünya

Hindistanda ən azı 500 nəfər sərnişin daşqın səbəbindən qatarlarda qalıb

Sharing is caring!


Hindistanın Tamil Nadu ştatında güclü leysan nəticəsində yaranan daşqınlar nəticəsində azı 500 nəfər sərnişin qatarlarda qalıb.

Bu barədə Hindistanın Cənub Dəmir Yolu İdarəsi mətbuata açıqlamasında bildirib.

“Tamil Nadunun Tirunelveli və Tuticorin rayonlarında yağan şiddətli yağış dəmir yolu xidmətlərinə təsir göstərib. Dəmir yolunun bəzi hissələri su altında qalıb və xidmətlər dayandırılıb. Tiruçendurdan Çennaya gedən 20606 nömrəli ekspres sərnişin qatarı yola düşəndən 33 km sonra Srivaikuntam stansiyasında dayanıb. Qatarda təxminən 800 sərnişin olub”, – deyə məlumatda deyilib.

Yerli hakimiyyət orqanlarının köməyi ilə 300-ə yaxın sərnişin təxliyə edilib. “Qalan 500 sərnişinin təxliyəsi mümkün olmayıb”, – deyə agentlikdən bildirilib.

Qeyd edək ki, Milli Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvələrinin iki xilasedici qrupu onlara yardım göstərməyə çalışır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir